RU

Ağdamda 16 yaşlı qız cinsi zorakılığa məruz qaldı - Dörd nəfər saxlanıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinsi zorakılığa məruz qaldığı iddia olunur.
Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.
Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən dörd nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.
Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.
Избранный
32
20
oxu.az

2Источники