Dövlət sərhədini pozan şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir. Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Gburi Ameer Wisman saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
"Cebheinfo.az"