RU

İsveçdə tələbələr üçün telefon qadağası

İsveç hökuməti 2026-cı ildən başlayaraq bütün ibtidai, orta və liseylərdə smartfon istifadəsini qadağan etmək qərarına gəlib. Təhsil naziri Simona Mohamsson qadağanın tənəffüs zamanı da tətbiq ediləcəyini bildirib və əlavə edib: "Tələbələr TikTok-da vaxt itirmək əvəzinə dostları ilə oyun oynamağı öyrənməlidirlər".

İsveç hökuməti şagirdlərin sosial əlaqəsini artırmaq və diqqətlərini dərslərinə yönəltmək üçün məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.

İsveçin təhsil naziri Simona Mohamsson SR rəsmi radiostansiyası ilə çıxış edərək bildirib ki, qadağa 2026-cı ildən başlayaraq bütün ibtidai, orta və liseylərdə tətbiq olunacaq. Mohamsson qadağanın təkcə dərs saatlarında deyil, həm də tənəffüs zamanı da tətbiq olunacağını vurğulayıb.

Nazir Mohamsson, "Tələbələr TikTok-da vaxt itirməkdənsə, dostları ilə vaxt keçirməyi və ya fasilələrdə futbol oynamağı öyrənməlidirlər" dedi.

Bildirilib ki, hökumət bu tədbirin həyata keçirilməsi üçün 10 milyon dollar büdcə ayırıb. Yeni tənzimləmə tələbələrin rəqəmsal asılılığını azaltmaq və məktəb mühitində daha sağlam sosial qarşılıqlı əlaqəni gücləndirmək məqsədi daşıyır.

Избранный
33
kommersant.az

1Источники