RU

Lavrov: Azərbaycan və Ermənistan arasında Vaşinqton razılaşmasına "şübhələr" var

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

"Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə edilən razılaşma ilə bağlı bir neçə gün ərzində müsbət rəylər səslənsə də, sənəd dərc olunandan sonra bütün bu fikirlər şübhəli dəyərləndirmələrlə əvəz olundu. Görünən odur ki, orada hər şey razılaşdırılmayıb. Biz real sülh müqaviləsinin yekunlaşdırılmasında maraqlıyıq", Rusiya xarici işlər naziri Sergey Lavrov bu sözləri sentyabrın 8-də verdiyi açıqlamada deyib.

Lakin o, razılaşdırılmayan məqamların və şübhələrin nədən ibarət olduğunu açıqlamayıb.

Bundan əlavə, rusiyalı rəsmi "3+3" formatında işlərin yenidən davam etdirilməsi fikrini səsləndirib.

"Ümid edirik ki, Türkiyə və Azərbaycanın bir vaxtlar "3+3" platformasının yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs çərçivəsində işlər yenidən davam etdiriləcək. 2023-cü ildə bu formatda nazirlər və nazir müavinləri səviyyəsində bir neçə görüşlərimiz oldu. Hesab edirik, indi bu formatı bərpa etməyin vaxtıdır. Qonşumuz İran da bu prosesi dəstəkləyir".

Sergey Lavrov bu məsələ ilə bağlı yaxın gələcəkdə Azərbaycan və Türkiyə nümayəndələri ilə görüşəcəyinə ümid etdiyini bildirib.

Rəsmi Bakı hələlik Moskvanın bu fikrinə münasibət bildirməyib.

"3+3" formatı Cənubi Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də regionun böyük dövlətləri Türkiyə, Rusiya və İranı birləşdirən platformadır.

"3+3" formatı 2020-ci ildə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə regionda sülhə nail olmaq üçün yaradılan platformadır.

Videoya YouTube kanalımızda baxın.

Избранный
76
bbc.com

1Источники