RU

22 ildən sonra İLK DƏFƏ: Azərbaycan səmalarında QADIN HƏRBİ PİLOT olacaq

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

Bu il Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun “Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə" fakültəsinə 22 ildən sonra ilk dəfə qadın kursant qəbul edilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, aviasiya mühəndisliyi ixtisası üzrə təhsil alacaq. 

Qeyd edək ki, sonuncu dəfə bu ixtisasa 2003-cü ildə qadın kursant qəbul edilib. Həmin vaxt instituta daxil olan Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu kimi tarixə düşüb. Təəssüf ki, o, 31 avqust 2016-cı ildə körpəsi ilə birlikdə dünyasını dəyişib. 

Əli Hüseynov 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
bakivaxti.az

1Источники