RU

Sərhədimizi pozan əcnəbi saxlanıldı - Foto

Dövlət sərhədini pozan şəxs saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azreform.info -a verilən məlumata görə, dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir.

Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Gburi Ameer Wisman saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Избранный
22
22
azreform.info

10Источники