BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "SOCAR Green" arasında Enerji Effektivliyi Müqaviləsi və Niyyət Razılaşmasının imzalanma mərasimi keçirilib.
Teleqraf xəbər verir ki, imzalanma mərasimi 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışında baş tutub.