Hurriyyet.az xəbər verir ki, Rusiya dronlarının ölkənin hava məkanını pozması ilə əlaqədar Polşanın Baş naziri Nazirlər Kabinetinin təcili iclasını keçirməyi qərara alıb.
Bu barədə hökuməin mətbuat katibi Adam Şlapka X şəbəkəsində məluma verib: "Baş nazir Donald Tusk dövlət təhlükəsizliyinə cavabdeh olan nazirlərlə iclas keçirir. Saat 8.00-da (Bakı vaxtı ilə 10.00) Baş nazir Nazirlər Kabinetinin təcili iclasına başlayıb".
Bəlli olduğu kimi, ötən gecə Rusiyanın azı 8 ədəd dronu Polşa sərhədlərini keçib.
Hürr Tərcüman