RU

İsrail Türkiyəyə hücum edəcək?

Qətərin paytaxtı Dohada partlayışlar baş verib və İsrail ordusu HƏMAS-ın yüksək rütbəli nümayəndələrini hədəf alan hava hücumu təşkil etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, İsrail mediası hücumun ABŞ prezidenti Donald Trampın icazəsi ilə həyata keçirildiyini iddia edərkən, İsrailin baş nazirlik ofisi bunun "tamamilə müstəqil İsrail əməliyyatı" olduğunu iddia edib.

Hücumun HƏMAS nümayəndə heyətinin Trampın təqdim etdiyi yeni məhbus mübadiləsi təklifini müzakirə edərkən baş verdiyi bildirilir.

İsrail Ordusu Radiosu Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar qrupuna hücumla bağlı yeni təfərrüatları paylaşıb. Xəbərdə hücum planının aylardır iş başında olduğu, Təl-Əviv hökumətinin HƏMAS-ın danışıqlardakı "sərt mövqeyi" səbəbindən hazırlıqları sürətləndirdiyi bildirilib.

İsrail təyyarələrinin hədəfi intensiv bombardman etdiyi iddia edilir və parlamentin sədri Amir Ohana hücumu "bütün Yaxın Şərqə mesaj" kimi qiymətləndirib.

O, HƏMAS kontingentinin beş üzvünün, o cümlədən Qəzza lideri Xəlil əl-Hayyanın oğlunun hücumda öldürüldüyünü açıqlayıb.

Növbəti hədəf Səudiyyə Ərəbistanıdır?

İsrail Qətərdəki əməliyyatı ilə regionun digər ölkələrinə mesaj veribmi? Dohada baş verən hadisə İsrail-Fələstin münaqişəsinin yeni regional müharibəyə çevrilməsinin anonsu ola bilərmi? Kırıkkale Universiteti Dosenti Dr. Merve Suna Özel Özcan və Çanaqqala Onsekiz Mart Universiteti Dosenti Dr. Ufuk Necat Taşçı son prosesləri “Milliyet.com.tr” üçün qiymətləndiriblər.

Избранный
65
3
publika.az

4Источники