RU

Ange Postecoglou yenidən Premyer Liqaya qayıdır 

İngiltərənin Premyer Liqa komandalarından olan Nottingham Forest, texniki direktor vəzifəsi üçün Ange Postecoglou ilə razılığa gəldiyini açıqlayıb.


Manset.az türk mediasına istinadən xəbər verir ki, Postecoglou, Nuno Espirito Santo ilə yollarını ayırdıqdan sonra, yeni menecer olaraq təyinat alıb.

Ötən mövsümü bitirdikdən sonra Tottenham klubundakı vəzifəsini tərk edən Ange Postecoglou, 3 aylıq fasilədən sonra Premyer Liqaya qayıdıb.

Nottingham Forest-in sahibi Evangelos Marinakis, yeni menecerin təyinatı ilə bağlı belə deyib: "Biz sübut edilmiş və ardıcıl kuboklar qazanan bir menecerlə müqavilə imzaladıq. Premyer Liqaya yüksəldikdən və Avropa yarışlarına vəsiqə qazandıqdan sonra kuboklar qazanmaq üçün düzgün addımlar atmalıyıq. Anjın buna nail olmaq üçün bacarıqları və təcrübəsi var".

Keçən mövsümü aşağı liqa zonasından bir pillə yuxarı bitirən və finalda Manchester United-i məğlub edərək Avropa Liqasının qalibi olan Tottenham, Postecoglou ilə yollarını ayırmaq qərarına gəlib.

Избранный
20
manset.az

1Источники