RU

Gözünüz səyirirsə, orqanizminiz sizdən kömək istəyir

Əksər insanlar göz səyirməsini sadə yorğunluq və ya yuxusuzluqla əlaqələndirirlər. Lakin mütəxəssislərin fikrincə, gözlərin qəfil və qeyri-ixtiyari səyirməsi sinir sisteminin həddindən artıq stimullaşdırmaya reaksiyası ola bilər.

E-saglam.az xəbər verir ki, stress hormonları – kortizol və adrenalin yüksəldikdə, sinirlər əzələləri hərəkətə gətirir və bu da göz ətrafında kiçik, amma nəzərə çarpan əzələ yığılmalarına səbəb olur. Təkbaşına zərərsiz görünsə də, bu hal bədənin ciddi xəbərdarlıq siqnalı ola bilər.

Uzun müddət davam edən əzələ gərginliyi, narahat yuxu, diqqət dağınıqlığı və yaddaş zəifliyi xroniki stressin nəticəsi ola bilər. Tədqiqatlar göstərir ki, bu əlamətlər sinir sistemindəki gərginliklə yanaşı, immunitet, ürək-damar və beyin fəaliyyətinə də mənfi təsir göstərir.

Mütəxəssislər göz səyirməsi kimi siqnalları diqqətdən qaçırmamağı məsləhət görürlər. Müntəzəm yuxu rejimi qurmaq, meditasiya və nəfəs məşqləri etmək, idmanla məşğul olmaq və gündəlik özünə qulluq üçün vaxt ayırmaq bu simptomları azaltmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Избранный
15
e-saglam.az

1Источники