RU

Azərbaycanda inflyasiya faizi açıqlandı

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda inflyasiya 5,6% təşkil edib.

Adalet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, istehlak qiymətləri qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,9 % artıb.

Məlumata görə, bu ilin avqust ayında istehlak qiymətləri 2024-cü ilin avqust ayına nisbətən 4,9 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4,9 % artıb.

Avqust ayında istehlak qiymətləri isə əvvəlki aya nisbətən 0,4 % artıb.

Избранный
44
15
adalet.az

10Источники