RU

İsrail kəşfiyyatının Qətərdəki əməliyyatının TƏFƏRRÜATI

İsrail HƏMAS silahlı qruplaşmasının yüksək rütbəli şəxslərinin Qətərdə keçirilən görüşdə məhv edilməsi əməliyyatını bir neçə həftə ərzində planlaşdırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti ölkənin Hərbi Hava Qüvvələrindəki mənbələrə istinadən yazır.
Mənbə qeyd edib ki, İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən hazırlanan xüsusi əməliyyatda 10 təyyarə iştirak edib və onlar Dohada saniyə fərqi ilə hər biri bir ton ağırlığında 10 mərmi atıb. Mərmilər hədəflərə maksimum dəqiqliklə çatıb.
Mənbə bildirib ki, ŞABAK Qətərə hücumun yekun nəticələrini gözləyir, lakin binada olanlardan heç kimin sağ qalma ehtimalı yoxdur.
Избранный
16
1
tribunainfo.az

2Источники