RU

İnsan psixologiyasına nələr təsir edir?

"İnsan psixologiyasına təsir edən amillər çoxdur". 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, hər birimiz bunları həyatımızda müxtəlif dərəcədə hiss edirik:

"Uşaqlıqda böyüdüyümüz ailə mühiti, valideynlərdən aldığımız sevgi, qayğı və gördüyümüz laqeydlik gələcəkdə özümüzə münasibətimizə güclü təsir edir. Daha sonra sosial mühit, dostlarımız, müəllimlərimiz, iş yoldaşlarımız və ümumiyyətlə cəmiyyətin bizə yanaşması öz dəyərimizə aid təsəvvür yaradır".

Ekspert qeyd edib ki, bəzən psixoloji çətinliklərin kökündə genetika və bioloji amillər də dayanır:

"Çünki hər insanın beyin kimyası və daxili resursları fərqlidir. Bununla yanaşı, yaşadığımız şəxsi təcrübələr uğurlar, uğursuzluqlar, travmalar və sevincli anlar emosional dünyamızı formalaşdırır. 

Həyat tərzimiz də burada böyük rol oynayır. Yəni yuxu rejimi, qidalanma, hərəkətlilik və stressi idarə etmə bacarığımızı misal çəkə bilərik. Hər birimiz həm də böyüdüyümüz mədəniyyətin və dəyərlərin təsiri altındayıq. Amma bütün bu təsirlərə baxmayaraq, insan öz psixologiyasını gücləndirmək üçün addımlar ata bilər".

381538

Psixoloq bununla bağlı bir nümunə də verib:

"Məsələn, hər günün sonunda "üç təşəkkür" yazmaq olar. Gündəlikdə və ya telefon qeydlərində həmin gün üçün minnətdar olduğunuz üç şeyi qeyd edə bilərsiniz. Bu, beyninizi daha çox müsbətə fokuslayır və stressi azaldır. 

Həmçinin, nəfəs texnikası da olduqca faydalıdır. Gündə bir neçə dəfə dərin nəfəs alıb 4 saniyə saxlayın, sonra isə onu 6 saniyəyə buraxın. Bu, beyinə "təhlükə yoxdur" siqnalı göndərir və sakitləşdirir. Yəni kiçik addımlarla həm özümüzü, həm də həyatımıza baxışımızı dəyişmək mümkündür".

Pərviz

Избранный
34
hit.az

1Источники