RU

Avropanın 3 klubu bu hücumçuya görə "Qarabağ"la əlaqə saxladı

Millinin və «Qarabağ»ın hücumçusu Nəriman Axundzadəyə yeni müştəriləri ortaya çıxıb. Çempionlar Liqasının üç təsnifat mərhələsində göstərdiyi oyun gənc forvardın elçilərinin sayını artırıb. Son olaraq Avropanın üç ölkəsindən ona təklif gəlib. İsveç, Danimarka və Polşa klublarının menecerləri «Xəzər Lənkəran»ın yetirməsinə görə «Qarabağ»la əlaqə saxlayıb. «Köhnə dünya»nın nümayəndələri Axundzadənin müqavilə şərtləri və təzminatla maraqlanıb.
Nərimanı 2024-cü ilin yayında Səudiyyə Ərəbistanından da istəyənlər var idi. Ərəblər «Qarabağ»da aylıq maaşı 12 min manat olan hücumçuya üç dəfə artıq ödəmə etməyə hazır idi. Səbəbkar yarımadadan gələn dəvəti müsbət cavablandırmağa meyl göstərsə də, «köhlən atlar» danışıqların rəsmiyyət qazanmasına razılıq verməmişdi.

SPORTİNFO.AZ

Избранный
36
3
sportinfo.az

4Источники