RU

“Dominos” restoranlarının daxil olduğu şirkət buna görə cərimələndi

Tanınmış şirkət 2 min manat cərimə olunub. Buna səbəb əmək qanunvericiliyinə əməl edilməməsi olub.

“Azemat” Məhdud Məsuliyətli Cəmiyyətində (MMC) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yoxlama aparılıb.

Yoxlama zamanı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən protokol tərtib edilib. Buna səbəb əmək qanunverciliyinin tələblərinə əməl edilməməsi olub. Yasamal Rayon Məhkəməsi MMC-nin 2 min manat cərimə olunması ilə bağlı qərar çıxarıb.

Qeyd edək ki, “Dominos” restoranları “Azemat” MMC-yə məxsusdur.

Musavat.com

Избранный
6
1
editor.az

2Источники