Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə “SOCAR Green” MMC arasında Enerji Effektivliyi Müqaviləsi və niyyət razılaşması imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində baş tutub.