"Quba" daha bir legioner basketbolçunun transferini reallaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Klub 1998-ci il təvəllüdlü Alonzo Range Jr ilə anlaşıb.
O, daha əvvəl "BC New Basket" (Kosovo), "Andes Basquet Club" (Ekvador) komandalarının formasını geyinib.
Onun artıq Bakıda olduğu və sabahdan mövsümöncəsi toplanışa qoşulacağı bildirilib.