RU

Daxili işlər naziri gənclərin sırasından seçim edib

Sentyabrın 10-da daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

 
Gənclər qarşısında çıxış edən nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Избранный
14
31
sherg.az

10Источники