2025-2027-ci illərdə Azərbaycanda havadan suyun əldə edilməsi texnologiyası üzrə tədqiqat və layihə işləri aparılacaq.
Far.Az report-a istinadən xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində bildirilib.
Məlumata görə, 2025-ci ildə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq.
2026-cı ildə sahədə pilot layihə üçün ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun alınması texnologiyası üzrə bir pilot layihə icra olunacaq.