RU

Azərbaycan klubunun baş məşqçisi yunanlardan üzr istədi

Azərbaycanın “Sabah” basketbol klubunun və Litva milli komandasının baş məşqçisi Rimas Kurtinaytis Avropa çempionatının oyunu zamanı yunan jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdiyinə görə üzrxahlıq diləyib.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Litva Basketbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.

“Litva millisinin baş məşqçisi Rimas Kurtinaytis baş verən anlaşılmazlığa görə üzr istəyir. Menecerimiz Linas Kleiza və komandanın kapitanı Yonas Valançyunas müsahibəyə tam hazır idilər”.

Xatırladaq ki, Litva komandası Avropa çempionatının dörddəbir finalında Yunanıstana məğlub olaraq mübarizəni dayandırıb.

Избранный
25
5
konkret.az

5Источники