RU

Bakı Formula 1 Azərbaycan Qran Prisinə hazırlaşır 12 mindən çox xarici turist gözlənilir

ain.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi zamanı 12 mindən çox xarici turistin paytaxtımıza gələcəyi gözlənilir.

Doğru.az xəbər verir ki, rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. Bir çox qonaq bilet almadan sadəcə Formula 1 ab-havasını yaşamaq üçün Bakıya səfər edib.

Məlumatlara görə, azarkeşlərin 55 faizi yarış təcrübəsini dostlarına tövsiyə etməyə hazırdır, 72 faizi isə yaxın iki ildə yenidən gəlməyi planlaşdırır. Hər bir xarici azarkeşin orta xərci 2200 ABŞ dolları hesablanıb ki, bu da Qran-Prini turizm və sahibkarlığın inkişafı üçün mühüm faktor edir.

2024-cü ildə Azərbaycan Qran-Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib. 2025-ci il üçün iki yeni tribuna inşa edilib və 12 tribunadan 10-nun biletləri artıq satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək.

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub: 2 mindən çox mühəndis, texnik, montajçı və logist əsas işləri həyata keçirir. Yarış həftəsində isə əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal iştirak edəcək. İşlərin böyük hissəsi artıq yerli podratçılar tərəfindən aparılır ki, bu da yeni iş yerləri və yerli mütəxəssislərin təcrübəsinin artmasına şərait yaradır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev azarkeşləri həm həyəcanlı yarışdan, həm də Azərbaycanın qonaqpərvərliyindən zövq almağa dəvət edib. O bildirib: “2025-ci il daha möhtəşəm olacaq. İki yeni tribunaya görə tədbir tarixdə ən böyük tamaşaçı tutumuna sahib olacaq. İlk dəfə eksklüziv ‘Formula 1 Çempionlar Klubu’ fəaliyyət göstərəcək və burada pit-leyn mənzərələri, paddok turları və digər unikal imkanlar təqdim olunacaq. Dünyanın ən güclü pilotları yenidən Bakıya qayıdır və bizi unudulmaz anlar gözləyir! Sentyabrın 19-da DJ Anyma, sentyabrın 20-də isə Martin Garrix və Glass Animals azarkeşlərə möhtəşəm şou təqdim edəcək”.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
32
dogru.az

10Источники