RU

Bu il Azərbaycanda iqtisadi artım 1% ə bərabər olub

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin yanvar-avqust aylarında ölkədə 83 milyard 37,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Başqa sözlə, bu dövrdə ölkə iqtisadi artım 1 % təşkil edib.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,6 % artıb.

ÜDM istehsalının 34,9 %-i sənaye, 10,3 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 8 min 111,3 manata bərabər olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
4
apa.az

10Источники