RU

Avropa İttifaqındakı ukraynalı qaçqınların sayı 4,34 milyona çatıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 sentyabr, AZƏRTAC

Avqustun 1-nə olan məlumata görə, Avropa İttifaqında (Aİ) Ukraynadan olan qaçqınların sayı 4,34 milyon nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının Statistika Agentliyi - Eurostat məlumat yayıb. Bildirilir ki, Ukrayna ərazisindən Avropa İttifaqı ölkələrinə qaçan və bu ölkələrin vətəndaşı olmayanların sayı 4,34 milyon nəfərə çatıb. İyulda onların sayı 28,7 min nəfər və ya 0,7 faiz artıb.

Ukraynalı qaçqınların əksəriyyəti Almaniyada (1,2 milyon nəfər), Polşada (993 min nəfər) və Çexiyada (380 min nəfər) yerləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
58
5
azertag.az

6Источники