Kreml Polşa sərhədini keçən PUA-larla bağlı vəziyyətə şərh verməkdən imtina edib.
AzPost-un məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, insidenti şərh etmək Kremlin səlahiyyətinə aid deyil. Kremlin sözçüsü qeyd edib ki, Avropa İttifaqı və NATO rəhbərliyi Rusiyanı hər gün təxribatlarda ittiham edir.
Putinin sözçüsü bildirib ki, Kremlə Polşadan təmaslar üçün heç bir sorğu daxil olmayıb.