RU

Vəfat edən şəxsin pensiyasının ailəyə ödənilməsi təklif edilir

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

Vəfat edən ailə başçısına görə qanunvericilikdə müəyyən diyişikliklər edilə bilər.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Əziz Ələkbərli deyib.

O qeyd edib ki, bəzən ailə başçısını itirən ailələr çətin sosial durumla üzləşir: “Mərhum kişinin həyat yoldaşı pensiya yaşına çatmayıbsa bu, əlavə problemlər deməkdir. Bu halda vəfat edən şəxsin pensiya fonduna toplanmış vəsaitinin ailəyə ödənilməsi ilə bağlı müvafiq qərarın verilməsi yaxşı olar”.

Komitə sədri Musa Quliyev isə bu məsələnin özəl pensiya fondları tərəfindən həllinin vacibliyini qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
25
4
moderator.az

5Источники