RU

Leyen: “Ukraynaya dəstək üçün yeni maliyyə yolları tapmalıyıq”

Avropa Komissiyasının sədri Ursula von der Leyen Avropanın indiyədək Ukraynaya 170 milyard avro həcmində hərbi və maliyyə yardımı etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Ukraynanın davam edən müharibə səylərini dəstəkləmək üçün təcili yeni maliyyə həlləri üzərində işləməyin vacibliyini vurğulayıb.

Strasburqda Avropa Parlamentinin Baş Assambleyasında illik “İttifaqın vəziyyəti” çıxışı zamanı danışan von der Leyen Avropanın öz müdafiə və təhlükəsizliyini təmin etməsinin önəmini xüsusi qeyd edib.

O, həmçinin bildirib ki, Aİ ölkələri yalnız öz müdafiəsini deyil, həm də iqtisadi sabitliyi qorumaq üçün enerji və texnoloji müstəqillik əldə etməlidirlər.

Aytən Yaşar/ Turkustan.az

Избранный
43
turkustan.az

1Источники