RU

Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu

Gənc

Yeni xidmətə başlayan gənc əsgərlərin adaptasiya dövründə sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə qabaqlayıcı tədbirlər keçirilir. Gənc əsgərlərin respirator xəstəliklərə, o cümlədən qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik”, - açıqlamada deyilir.

Избранный
34
49
1news.az

10Источники