Özbəkistan dəhşətli yol qəzasında ölənlərin sayı 13-ə çatıb
Ajans.az xəbər verir ki,bu barədə "Daryo" portalı Fərqanə vilayətinin hakimi Xayrullo Bozorovun 9 sentyabr tarixli sərəncamına istinadla məlumat yayıb. İlk məlumatlara görə, 11 nəfərin öldüyü, 6 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Lakin Kun.uz hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 13-ə yüksəlib. Rayon rəhbərliyi həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi, onların ailələrinə maddi, tibbi və psixoloji yardım göstərilməsi, eləcə də dəfn mərasimlərinin təşkili ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verib. Bundan əlavə, yol-nəqliyyat infrastrukturunun inventarlaşdırılması, xarici təcrübənin öyrənilməsi və gələcəkdə belə faciələrin qarşısını almaq üçün yükdaşıma qaydalarına yenidən baxılması da gündəmdədir. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb. Faktla bağlı araşdırmalar davam edir.