RU

Kristian Avram Norveçdə 11 qol buraxdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, ötən gecə DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyunları keçirilib.

I qrupunda yer almış Moldova millisi səfərdə Norveç yığması ilə qarşılaşıb. Moldova millisinə dəvət almış Avram da bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxmış 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib. Matç Norveç yığmasının 11:1 hesablı qələbəsi ilə başa çatıb. Avram 6, 11, 36, 43, 45+1, 52, 67, 76, 79, 83 və 90+1-ci dəqiqələrdə qapısında qol görüb.

Seçmə mərhələdə ardıcıl 5-ci məğlubiyyətini almış Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 15-ə çatdırmış Norveç yığması isə hazırda birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 15 oyuna çıxıb. O, bu oyunlarda 37 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.

Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 81 oyuna 91 qol buraxıb, 26 “quru” matç keçirib.

Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.

error: Məzmun qorunur!
Избранный
28
2
arena.az

3Источники