RU

Hakan Fidan İtaliyaya gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan 11–12 sentyabr tarixlərində İtaliyaya işgüzar səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində Fidan İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tajani ilə görüşəcək.

Nazir həmçinin “Istituto Affari Internazionali” adlı tanınmış beyin mərkəzində çıxış edəcək.

Fidanın İtalyan həmkarı ilə keçirəcəyi görüşlərdə, iki strateji tərəfdaş və NATO müttəfiqi olan Türkiyə ilə İtaliya arasındakı münasibətlərin əhəmiyyətinə, qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli əlaqələrə verdiyi töhfəyə diqqət çəkməsi gözlənilir.

Bundan əlavə, iki ölkə arasında 40 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün əməkdaşlıq sahələrinin qorunması və daha da şaxələndirilməsinin vacibliyini, Türkiyə ilə Avropa Birliyi (AB) arasında qüvvədə olan Gömrük İttifaqının yenilənməsinin əhəmiyyətini vurğulaması da gözlənilir.

Fidanın görüşlərdə Aralıq dənizində enerji təhlükəsizliyi və regionlararası əlaqə sahələrində əməkdaşlıq imkanlarını gündəmə gətirməsi, bütün dövlətlərin bu sahələrdə atacağı addımlarda beynəlxalq hüquqa uyğun davranmasının vacibliyini vurğulaması, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın əhəmiyyətini önə çəkməsi gözlənilir.

Избранный
24
operativmm.az

1Источники