RU

İşdən çıxarılan şöbə müdirinin həkim kimi işləməsi qadağan edildi Foto

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2023-cü ilin iyul ayında Saatlı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinin müdiri vəzifəsində işləyərkən yenidoğulmuş körpənin ölümündə təqsirləndirilən Könül Xudatovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Saatlı Rayon Məhkəməsində keçirilən prosesdə K.Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq-Ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, K.Xudatova doğuşdan əvvəl proseduru düzgün həyata keçirməyib və doğuş vaxtı körpənin zədələnməsinə səbəb olub. Nəticədə yenidoğulmuş qız uşağı  1 gün sonra vəfat edib.

K.Xudatova ölüm hadisəsində hər hansı günahının olmadığını bildirərək bəraət istəyib.

Həmçinin məlum olub ki, bu hadisədən sonra K.Xudatova sosial mediada xəstəxananın baş həkimini günahlandıraraq uşağın oksigen balonuna qoşulmamasına imkan vermədiyini deyib. Bundan sonra işdən çıxarılan K.Xudatova Tovuz Rayon Xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirib.

Saatlı Rayon Məhkəməsinin hökmü ilə 1984-cü il təvəllüdlü K.Xudatovaya 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Ona elektron qolbaq taxılıb.

K.Xudatovanın əlavə cəza kimi 1 il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququ da qadağan edilib.

Aslan Vəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
6
qafqazinfo.az

7Источники