RU

Əvəzedicilər Liqası: 4-cü turun bütün təyinatları açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 4-cü turun təyinatları müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

4-cü turun görüşləri sentyabrın 14-də və 15-də keçiriləcək.

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, 14 sentyabrda keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü sentyabrın 23-də baş tutacaq.

Əvəzedicilər Liqası
4-cü tur

14 sentyabr

“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Murad Səlimov, Nurlan Əhmədzadə, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: Əli Əliyev, Elman Kərimov, Qəzənfər Məmmədov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

15 sentyabr

“Zirə-2” – “Şamaxı-2”
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Aydın Bəxşiyev, Şamil İmanzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Binə qəsəbə stadionu, 16:00.

“Neftçi-2” – “Sabah-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Ruslan Quliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.

error: Məzmun qorunur!
Избранный
14
6
arena.az

10Источники