RU

Vens: Rusiya 6 min kvadrat kilometr ərazi istəyir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Ukraynada münaqişənin həllində əsas məsələlər ərazi məsələsi və Kiyevə təhlükəsizlik təminatının verilməsidir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "One America News" telekanalına müsahibəsində bildirib.

"Məsələlərdən biri ərazidir. Rusiya, təxminən, 6 min kvadrat kilometr ərazi istəyir", - o vurğulayıb.

ABŞ-nin vitse-prezidenti qeyd edib ki, bu ərazilər hələ də Rusiyanın nəzarətinə keçməyib.

"Digər tərəfdən isə ukraynalılar təhlükəsizlik zəmanəti istəyirlər", - deyə siyasətçi əlavə edib.

Onun sözlərinə görə, ukraynalılar əmin olmaq istəyirlər ki, sövdələşmə etsələr, ruslar bir neçə aydan sonra geri qayıtmayacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
45
1
oxu.az

2Источники