RU

İran XİN rəhbəri: Yeni nüvə razılaşması ölkənin bütün tələblərinə cavab verir

BAKI, 10 sentyabr. TELEQRAF

Misirin vasitəçiliyi ilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əldə edilən yeni razılaşma İranın təhlükəsizlik maraqlarını nəzərə alır, nüvə hüquqlarını tanıyır və parlamentin qəbul etdiyi qanuna tam uyğundur.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir deyib ki, danışıqlar Ali Milli Təhlükəsizlik Şurasının icazəsi ilə aparılıb.

"Sənədin əsas üstünlüyü İranın qanuni narahatlıqlarının tanınması və onların aradan qaldırılmasının tələb olunmasıdır. Yeni razılaşma parlamentin qəbul etdiyi qanuna uyğun olaraq bütün əməkdaşlığın İranın Atom Enerji Təşkilatının təsdiqi ilə həyata keçirilməsini nəzərdə tutur",- o qeyd edib.

Избранный
29
teleqraf.com

1Источники