RU

Rusiyada azərbaycanlı teleqram kanalı admini həbs edilib

Kalininski Rayon Məhkəməsi Sankt-Peterburqda yaşayan azərbaycanlı Sənan Musayevi 1 il müddətinə azadlıqdan məhrum edib.

Operativ Media xəbər verir ki, S.Musayev idarə etdiyi teleqram kanalında bir istifadəçinin azərbaycanlıları “azeri” adlandırmasına etiraz edib. Daha sonra isə həmin şəxsin şəxsi məlumatlarını yayıb və zorakılıqla hədələyib.

Məhkəmə onun bu hərəkətini Rusiya CM-nin 282-ci maddəsi (millətlərarası ədavət və nifrət salma) ilə qiymətləndirib. 

Sənan Musayevə 1 il müddətinə ümumi rejimli koloniyada azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Избранный
19
9
operativmedia.az

10Источники