RU

Azərbaycanda daha çox ət, süd, yumurta vəyağlar bahalaşıb

Dövlət Statistika Komitəsi avqust ayında ən çox bahalaşan və ucuzlaşan məhsulların adlarını açıqlayıb.

Marja xəbər verir ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma mal və qoyun ətinin, südün, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, albalının, əriyin, qarpızın, ağ kələmin, göyərtinin, xiyarın, göy lobyanın, yerkökünün, sarımsağın, şokolad məmulatlarının qiymətlərində müşahidə olunub.

Daha çox  ucuzlaşma isə limonun, almanın, armudun, yemişin, üzümün, gül kələminin, brokkolinin, pomidorun, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, soğanın, kartofun qiymətlərində qeydə alınıb.

Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Избранный
14
2
marja.az

10Источники