Ukrayna Silahlı Qüvvələri cəmi iki saat ərzində Rusiyaya onlarla pilotsuz təyyarə buraxıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin "Telegram" kanalında məlumat verilib.
Ümumilikdə Rusiyanın üç bölgəsi hücuma məruz qalıb. Belə ki, Belqorod vilayəti üzərində 25 pilotsuz uçuş aparatı məhv edilib, ikisi Kursk vilayəti üzərində, biri isə Krasnodar vilayəti üzərində ələ keçirilib. Bundan əlavə, Qara dəniz üzərində dörd PUA vurulub.
Adəm