RU

QHT sədri: "Yeni dərs ili ümid və nailiyyətlər gətirir"

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, yeni dərs ili həm yeni qayğılar, həm yeni arzular, yeni dostluqlar, yeni nailiyyətlər və yeni kəşflər deməkdir.

QHT sədri vurğulayıb ki, bir nəsil təhsili başa vuraraq həyatın axarı ilə irəliləyir və zirvələri fəth edir, digər nəsil isə bilik məbədinə daxil olur. Zenfira Mustafayeva qeyd edib ki, müxtəlif ölkələrdə Bilik günü fərqli tarixlərdə qeyd olunsa da, Azərbaycanda bu tarix 15 sentyabrdır:

"Bu gün, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə təsis edilib. Azərbaycanda dövlətin təhsilə göstərdiyi diqqət və qayğı, səmərəli fəaliyyət üçün yaradılan əlverişli şərait müntəzəm xarakter daşıyır. Təhsilə göstərilən diqqət ölkəmizin gələcəyi, onun qurucuları olan nəsilə yönəlib. Təhsilli nəsil, vurğulayan rəhbər, “zirvələrə ucalan Vətən deməkdir”. Qürurverici haldır ki, bu il işğaldan azad olunmuş bölgələrdə – Lacın, Kəlbəcər, Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Ağalıda ilk zəng çalınacaq və Bilik günü qeyd ediləcək. Orada təhsil alacaq uşaqların fərəh və sevincləri əvəzedilməzdir".

Zenfira Mustafayeva müəllimləri, şagirdləri və valideynləri 15 sentyabr – Bilik günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
109
qht.az

1Источники