Bakı. Trend:
"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən“qırmızı-qaralar”ın formasını geyinəcək.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı sol cinah müdafiəçisisi “Turan Tovuz”dan icarəyəgötürülüb. O, mövsümün sonunadək "qırmızı-qaralar"ın uğurları üçünçalışacaq.
Karyerası ərzində “Kəpəz”də də çıxış edən Rüfət Əhmədov U-21milli komandasının heyətində 9 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” bunadək Salihu Nasiru, Xayme Syerra,Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, EduardoKunde və İbrahim Sanqareni heyətinə cəlb edib.