16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıdakı təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, ilk yoxlama görüşü çərçivəsində U-16 yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub .