RU

“Pul çoxaldıqca problemlər də artır”

“Real” və Fransa millisinin hücumçusu Kilian Mbappe şəxsi həyatındakı çətinliklər və böyük pulla gələn məsuliyyətlər barədə danışıb.

90deqiqe.Az-ın “RMC Sport”a istinadən yaydığı məlumata görə, o, həmçinin yaxın ətrafın dəyişiklikləri qəbul etməsinin çətinliyini vurğulayıb.

“Pul çoxaldıqca problemlər də artır. Bəziləri həyatının dəyişdiyini görmür və səni hələ də keçmişdəki uşaq kimi görmək istəyirlər… Amma sən artıq o uşaq deyilsən. Sənin məsuliyyətlərin, işin və vəzifələrin var.

Əgər kimsə sənin həyat yolunda səninlə birlikdə addımlayırsa, bu möhtəşəm bir hekayədir. Ailəyə və möhkəm təmələ sahib olaraq böyümək, zirvələrə çatmaq gözəldir. Amma bəzən vəziyyət belə olmur… Yaxınlarla əlaqələr pozula bilir, münasibətlər istənilən kimi inkişaf etmir. Bu, bir çox idmançı və istedadlı insanın üzləşdiyi problemdir”

Избранный
40
90deqiqe.az

1Источники