
Oktyabrın 18-də ABŞ-də ölkə Prezidenti Donald Trampın siyasətinə qarşı nümayişlər keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “No Kings” aksiyasının təşkilatçıları məlumat yayıb.
“Oktyabrın 18-də milyonlarla insan dünyaya göstərmək üçün bir daha küçələrə çıxacaq. Amerikanın kralları yoxdur, güc xalqa məxsusdur. İyun ayında dünya xalqın gücünü gördü və prezident Trampın özü üçün tac mərasimi təşkil etmək cəhdi Trampın hakimiyyətdən sui-istifadə etməsinə qarşı çıxan insanların müqaviməti ilə uğursuzluğa düçar oldu”, - məlumatda deyilir.
Onlar oktyabrda bütün ölkə üzrə ən azı 5-6 milyon insanın küçələrə çıxacağını gözləyirlər.