RU

Azərbaycanda məşhur geyim mağazaları şəbəkəsi BAĞLANIR?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin məşhur geyim markası "DeFacto"nun Azərbaycandakı mağazalarının bağlandığı iddia edilir.
Oxu.Az-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün mağazanın Bakıda fəaliyyət göstərən filiallarına baş çəkib.
Filiallarda işçilər eyni sözü deyiblər: "Bizə də bağlanacağı deyilib. Amma hələ ki, konkret bir söz deyilmir. Mağazanın başqa şirkətə veriləcəyi gözlənilir".
Müşahidə zamanı da mağazada satış üçün çox az sayda geyim dəsti qaldığı diqqətdən qaçmayıb. Bir çox vitrinlər isə artıq tamamilə boşaldılıb.
Qeyd edək ki, artıq şəbəkənin bir neçə filialının boşaldılaraq, məhsullarının "Outlet" mağazasında satışa çıxarıldığı iddia edilir.
Məlumat üçün bildirək ki, mövzu ilə bağlı ilk xəbəri "Qaynarinfo" yayıb.
Избранный
8
1
oxu.az

3Источники