RU

Fransada 200 min nəfər kütləvi etiraz aksiyalarına qoşulub

Fransada sentyabrın 10-da keçirilən etiraz aksiyalarında ümumilikdə 200 minə yaxın insan iştirak edib.

Editor.az xəbər verir ki, onların təxminən 14 mini paytaxt Parisdə toplaşıb. Bu barədə BFMTV telekanalı müvəqqəti daxili işlər naziri Bryuno Retayoya istinadla məlumat yayıb.

Nazir bildirib ki, aksiyalar ölkənin müxtəlif şəhərlərində eyni vaxtda keçirilib və geniş miqyas alıb:
“Bu, böyük tədbirdir. Ümumilikdə ölkə üzrə 200 min nəfər küçələrə çıxıb, Parisdə isə onların sayı 14 min civarındadır.”

Qeyd olunur ki, etirazlar siyasi böhran fonunda baş verir. Sentyabrın 8-də parlamentdə etimadsızlıq səsverməsinin ardından Fransanın baş naziri Fransua Bayrunun hökuməti istefa verib.

//Samir Qurbanov, Editor.az

Избранный
54
editor.az

1Источники