RU

Məktəbdə atışma: şagirdlər arasında yaralananlar var

Musavat.com xəbər verir ki, ABŞ-ın Kolorado ştatında yerləşən məktəbdə atışma baş verib.

CNN-in məlumatına görə, hadisə nəticəsində üç nəfər kritik vəziyyətdədir, yaralananların ən azı ikisi şagirdlərdir.

Cefferson dairəsinin şerif ofisi açıqlayıb ki, hücumu kimin törətdiyi hələlik məlum deyil. Polis və fövqəladə xidmətlər hadisə yerində araşdırma aparır.

Qeyd edək ki, ABŞ hazırda eyni vaxtda bir neçə ağır sarsıntı ilə üzləşib: 100 milyon izləyicisi olan məşhur siyasi fəal Çarli Kirkin öldürülməsi xəbəri fonunda bu cür məktəb faciəsi də ölkədə gərginliyi daha da artırıb.

 

Musavat.com

Избранный
60
musavat.com

1Источники