Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İraqda əsirlikdən azad edilmiş ikili vətəndaşlığı olan Yelizaveta Tsurkova İsrailə gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb .
Dünən gecə sərbəst buraxılan Tsurkova Kipr üzərindən İsrailə gəlib.
Sentyabrın 10-da ABŞ prezidenti Donald Tramp Tsurkovanın azad olunduğunu elan edib .
2023-cü ilin mart ayında Rusiya və İsrail vətəndaşı olan Tsurkova ABŞ-nin Prinston Universitetində doktorluq dissertasiyası və elmi tədqiqat işləri üçün İraqın paytaxtı Bağdada gedib. O, ölkəyə Rusiya pasportu ilə daxil olub. Bir müddət sonra qadınla əlaqə saxlamaq mümkün olmayıb. Daha sonra onun Kataib Hizbullah qruplaşmasının yaraqlıları tərəfindən qaçırıldığı məlum olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.