RU

Boşanan qadınlarla bağlı yenilik: 300 gün evlənə bilməyəcəklər

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyə Konstitusiya Məhkəməsi (AYM) boşanmış qadınların yenidən evlənmək üçün 300 gün gözləməsini tələb edən qanunun ləğv edilməsi ilə bağlı müraciəti səs çoxluğu ilə rədd edib.

News24.az xəbər verir ki, qanuna əsasən, Türkiyə Mülki Məcəlləsinin 132-ci maddəsinə görə, qadın boşandıqdan sonra 300 gün ərzində evlənə bilmir. Bu məhdudiyyət yalnız qadınlara şamil olunur, kişilər üçün belə qayda mövcud deyil.

Qeyd edək ki, İstanbul 8-ci Ailə Məhkəməsi bu müddəanın konstitusiyaya zidd olduğu qənaətinə gələrək məsələni Konstitusiya Məhkəməsinə göndərmişdi, lakin məhkəmə qaydanın qüvvədə saxlanılması barədə qərar çıxarıb.

Aqil

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
1
news24.az

2Источники