Bakıda qızıl bazarında qiymətlər son illərin ən yüksək həddinə çatıb.
Paytaxtda qızıl satışı ilə məşğul olan zərgər Aqil İsmayılov Baku.ws-ə bildirib ki, hazırda 585 əyar (Türk qızılı) 140–145 manat, 750 əyar (İtalyan qızılı) isə 171–190 manat arasında dəyişir.
Onun sözlərinə görə, qiymətlərin rekord həddə qalxması alıcılığa ciddi təsir edib:
"Qızılın qiyməti indiyədək görünməmiş səviyyəyə yüksəlib. Buna görə də alıcıların sayı azalıb. İnsanlar daha çox baxır, maraqlanır, amma alış etməyə tərəddüd edirlər. Satış həcmi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib."