İsrailin Dohada HAMAS rəhbərliyinə yönəlmiş zərbəsi zamanı Qətərin bir neçə təhlükəsizlik əməkdaşı ağır yaralanıb.
Heftelik.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani CNN-ə müsahibəsində deyib.
Əl-Tani bir zabitin vəziyyətinin kritik olduğunu qeyd edib.